Ramin Musayev yenidən PFL prezidenti seçildi

Bu gün AFFA-nın inzibati binasında peşəkar futbol liqasının prezidenti postuna növbəti seçki keçirildi. Allsport.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak etdilər.

Tədbirdə “Qarabağ”ı direktor Əmrah Çəlikəl, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran QuliyevFariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz YusubovNəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir MəmmədovFərəc Əliyev təmsil etdilər. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə etdi.

Nəticələrə əsasən PFL-in indiki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs verdilər.

Həmin kateqoriyadan