Ramin Musayevin premyer liqası ən intizamsızlar arasında

Dünyanın ən intizamlı və intizamsız futbol çempionatları açıqlanıb. Allsport.az xəbər verir ki, 92 ölkənin olduğu siyahıda Azərbaycan premyer liqası da yer alıb. Ölkə çempionatında hər oyun orta hesabla 0,32 qırmızı və 5,47 sarı vərəqə göstərilib. PFL-in prezidenti Ramin Musayevdir.

Ümumi vərəqə göstəricisi 5,79-a bərabər olan premyer liqa dünyanın 12-ci ən intizamsız çempionatıdır. Avropada Azərbaycan intizamsızlar siyahısında Ukrayna və İtaliyadan sonra 3-cüdür.

Ən intizamsız Boliviya, ən intizamlı isə Ekvadordur.

Həmin kateqoriyadan