Ramin Quliyev: “Matçın qırılma anı rəqibin azlıqda qalması oldu”

“Sabah”ın məşqçisi Ramin Quliyev premyer liqanın 12-ci turunda “Səbail”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“İki fərqli hissə izlədik. İkinci yarıda hər bir kollektivin qələbə qazanmaq şansı oldu. Matçın qırılma anı rəqibin azlıqda qalması və bizim dəyişiklik etməyimiz idi. Bizdə olan mərkəz hücumçuları – Rocer Roxas və Ulise Diallo eyni səviyyədədir.

Roxas çox şans qazana bilmirdi. Bu dəfə məşqdə özünü göstərdi və əsas heyətə düşmək şansı əldə etdi. Hər əvəzetmədə baş məşqçi ilə məsləhətləşirik. Məşqlərdə Dialloya deyirdik ki, hücumçusan və hər şeyə hazır olmalısan. Təşəkkür əlaməti olaraq, qoldan sonra mənə yaxınlaşdı”.

Həmin kateqoriyadan