Rasim Abuşovun 60 yaşı tamam olur

Bu gün “Neftçi”nin veteran futbolçusu Rasim Abuşovun 60 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov onu təbrik edib.

Hazırda Rusiyanın Stavropol şəhərində yaşayan millimizin keçmiş yarımmüdafiəçi ilə telefon vasitəsilə əlaqə saxlayan klub rəhbəri, “Neftçi” ailəsi adından yubilyara ən xoş arzularını çatdırıb. Ona göstərilən diqqətə görə Fərrux bəyə təşəkkürünü bildirən veteran futbolçu “Neftçi” ailəsinin hər bir üzvünə salamlarını göndərib.

1986-1994, 1995-1997-ci illərdə “Neftçi”nin heyətində 213 oyun keçirib, 27 qol vuran Rasim Abuşov, “ağ-qaralar”la Azərbaycan çempionatının (1992, 1996, 1997), kubokunun (1996) və superkubokunun (1993) qalibi olub.

Həmin kateqoriyadan