Rauf Əliyev 7-ci klubda qol vurdu

Premyer liqanın 17-ci turu “Səbail”in hücumçusu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

Allsport.az xəbər verir ki, qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.

Rauf “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də də bunu bacarıb.

“Qəbələ”yə vurduğu topla 31 yaşlı futbolçu heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

Həmin kateqoriyadan