- Baxış sayı: 69
- 14 Avqust 2026 23:56
- Baxış sayı: 596
- Avqust 12, 2026
- 0

“Real Madrid” ayın sonuna kimi yeni prezidentin təyin olunacağı seçki prosesinin başladığını elan edib.
Allsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Prezident bu gün keçirilən idarə heyətinin iclasını dinləyib və “Real Madrid” futbol klubunun nizamnaməsinin 38-ci maddəsinə uyğun olaraq, seçki komitəsinə prezident və direktorlar şurasının seçkilərinin çağırılması proseduruna başlamağı tapşırıb”.
İspaniya mətbuatı namizədlərin müraciətlərinin yanvarın 8-dən 18-dək qəbul ediləcəyini yazır. Digər namizəd olmasa, Florentino Peres daha 4 il vəzifəsində qalacaq.