- Baxış sayı: 32
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının 1/8 final mərhələsində “Leypsiq”lə ilk oyundan əvvəl Almaniyada “Real”ın avtobusu kiçik qəza törədib.
Allsport.az xəbər verir ki, Leypsiq hava limanında işçilərin tətili ilə əlaqədar olaraq, “Real” bazar ertəsi Madriddən Erfurta uçdu, oradan da avtobusla Leypsiqə yollandı.
Magistral yolda ağ rəngli “Toyota Avensis” markalı avtomobil sürücünün hərəkət zolaqlarını dəyişdirərkən nəqliyyat vasitəsinə diqqət yetirmədiyi üçün avtobusa çırpılıb.
Nəticədə avtomobilin arxa güzgüsü sınıb, dəymiş ziyanın məbləği 3 min avro dəyərində qiymətləndirilir. Qısa dayanmadan sonra tərəflər yenidən yola düşüb.