“Red Bull Winning 5” futbol yarışının final mərhələsi nə vaxt keçiriləcək?

Noyabrın 1-də “Bayıl Arena”da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Red Bull Winning 5” futbol yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, oktyabrın 14-dən 25-dək ölkənin bütün regionlarında keçirilən seçim turları nəticəsində milli finala 16 komanda vəsiqə qazanıb. Bakı üzrə seçmə mərhələdə rekord sayda – 105 komanda iştirak edib.

Lakin onlardan cəmi altısı finala yüksəlib. Digər beş regionun hər biri üzrə ən güclü iki komanda finalda oynamaq hüququ əldə edib. Beləliklə, 16 komandanın mübarizə aparacağı yekun mərhələnin qalibi 2016-cı ildə dünya üzrə final yarışında iştirak etmək uğrunda mübarizə aparacaq.

“Red Bull Winning 5” ənənəvi qaydalardan fərqli üslubda keçirilən və bütün dünyada böyük maraqla qarşılanan futbol çempionatıdır. Bu turnir Azərbaycanda ikinci dəfədir keçirilir. Belə ki, 2013-cü ildəkindən fərqli olaraq builki çempionat ölkənin bütün bölgələrini əhatə edib.

Həmin kateqoriyadan