Region kubokunun püşkü atıldı

UEFA region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Allsport.az xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz “Uğur” ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək. Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Həmin kateqoriyadan