Reynaldo Braziliyada xeyriyyə matçı keçirəcək

“Qarabağ”ın hücumçusu Reynaldo zədəli olduğu üçün Braziliyada bərpa kursu keçir. Allsport.az saytı xəbər verir ki, futbolçu vətənində vaxtını boş keçirmir. O, dekabrın 26-da vətənində xeyriyyə matçı təşkil etməyə hazırlaşır.

Qarşılaşma “Reynaldonun dostları” və “Valdivanın dostları” komandaları arasında baş tutacaq. Hansı ki, analoji görüş ötən il də baş tutmuşdu.

Oyun “Koarisi da Mata Fonseka” stadionunda keçiriləcək. Bu oyunu izləmək istəyənlər 5 ABŞ dolları və ya 1 kq ərzaq verməlidirlər. Xeyriyyə matçından götürüləcək gəlirin Braziliyadakı ehtiyacı olan imkansız şəxslərə paylanılacağı bildirilir.

Həmin kateqoriyadan