Reytinqdə Qazaxıstana bir qədər də yaxınlaşdıq

Avrokuboklarda qrup mərhələsinin 3-cü turuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb. Keçirilən oyunlar bəzi yerdəyişməyə səbəb olub.

Azərbaycanın mövqeyi dəyişməsə də, xal ehtiyatı artıb. “Qarabağ”ın qitə liqasında APOEL-lə bərabərə qalması (2:2) ölkəmizin hesabına daha 0,250 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 3,125-ə yüksəldib.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,500 xal olub. Hazırda Avropada 26-cı sırada qərarlaşan ölkəmiz 25-ci yerdəki Qazaxıstanla fərqi 0,250 xala endirib.

Həmin kateqoriyadan