Riad Rəfiyev klublar komitəsinə sədr seçilib

Bu gün AFFA-nın inzibati binasında klublar komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıya Topaz premyer liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri qatılıblar.

Yığıncaqda, həmçinin, hakimlər komitəsinin sədri Fritz Ştuxlik, hakimlər departamentinin sədri Cavid Cəlilov iştirak ediblər. Klublar komitəsinin əsasnaməsinə uyğun olaraq, seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev növbəti 1 il müddətinə sədr seçilib.

Həmin kateqoriyadan