- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 17-ci turunda “Qəbələ”ni qəbul edən “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşma Ağdam klubunun heyətində ilk qolun müəllifi olan Riçard Almeyda üçün əlamətdar olub.
Milliləşdirilmiş yarımmüdafiəçi uzun müddətdən sonra “Qarabağ”da fərqlənib. Mövsümün ilk yarısını “Astana”da keçirən Almeyda “Qarabağ”la sonuncu dəfə ötən il, aprelin 7-də “Səbail”lə qarşılaşmada toru silkələmişdi.
Həmin oyunda ölkə çempionu məhz bu qol sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Bununla, Almeyda 316 gündən sonra doğma komandasının heyətində adını tabloya yazdırıb.