Rihayro Muelens “Zirə”də!

“Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan komandanın heyətindəki legionerlərin sayı 4-ə çatıb.

Yovan Krnetanın ardından Rihayro Muelenslə də müqavilə bağlanıb. Meneceri ilə birgə komandanın Ərzurumdakı düşərgəsinə gələn hollandiyalı futbolçu ilə 2 illik anlaşmaya imza atılıb. 28 yaşlı hücumçu son mövsüm Rumıniyanın “Rapid” klubunda çıxış edib. O Buxarest təmsilçisinə qədər ölkəsində forma geyinib. Karyerasını doğulduğu Apeldorn şəhərinin komandasında başlayan “Riko” ləqəbli forvard bundan sonra Hollandiyanın tanınan klublarında da çıxış edib. Muelens “Vitess”lə “Roda”danın da formasını geyinib və ümumilikdə Jupiler Liqada 23 qol vurub, 22 dəfə isə qol ötürməsi edib.

Riko həm də Kuraçao yığmasının də şərəfini qoruyur. KONKOKAF-da mübarizə aparan Kuraçao son iki dünya çempionatının seçmə mərhələsində təmsil olunub. Riko isə yığma komandada keçirdiyi 9 oyunda 3 qol vurub. Universallığı ilə seçilən Muelens hücumun cinahlarında və mərkəzində oynamağı bacarır.

Həmin kateqoriyadan