Roberto Bordin: Əvvəlki görüşdə itirdiyimiz 3 xalı bu gün bərpa etməyə nail olduq

“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə çempionatının 19-cu turun da “Sabah”la oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis komandasının qələbəyə layiq olduğunu deyib:

“Oyuna ciddi hazırlaşmışdıq. Meydana 3 xal üçün çıxmışdıq. Buna necə ehtiyacımızın olduğunu dərk edirdik. Bundan əvvəlki görüşdə itirdiyimiz 3 xalı bu gün bərpa etməyə çalışdıq və buna nail olduq.

Komanda ilk dəqiqələrdən gözəl oyun nümayiş etdirdi. Bu gün qələbəyə layiq idik. Bir müddət oynamaq fürsəti qazanmayan futbolçularımız da bu gün özlərini yaxşı tərəfdən göstərə bildilər”.

Həmin kateqoriyadan