Roberto Bordin: “Azərbaycanda bunu biz bacardıq”

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin moldfootball.com-a müsahibə verib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis “Neftçi”dəki fəaliyyətindən danışıb:

“Heç vaxt peşman olmamalısan. “Neftçi”də də yaxşı anlarım oldu. Avropa liqasında iki dəfə Tula “Arsenal”ını məğlub etdik, hətta evdə 3:0 hesablı qələbə ilə. Azərbaycanda heç bir klub avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq biz bunu bacardıq.

“Şerif”dən sonra ən çox “Neftçi” variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada “Şerif” kimi böyük bir klubu tərk etmək qərarına gəldim”.

2018-ci ilin yayından “Neftçi”ni çalışdıran Roberto Bordin bu ilin yanvar ayında istefaya göndərilib.

Həmin kateqoriyadan