Roberto Bordin: “Bney Yəhuda” müdafiə futbolu oynayır

Bu gün “Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 3-cü təsnifatında “Bney Yəhuda” ilə ilk oyunla bağlı mətbuat konfransında iştirak etdi. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis rəqibi təhlil etdirklərini və buna uyğun üslub seçəcəlkərini dedi:

“Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki çox yaxşı müdafiə olunurlar. Tel-Əviv “Makkabi”si ilə İstail superkuboku uğrunda son matçda 9-10 nəfərlə müdafiə olunduğunu gördük.

Oyunboyu topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi oyun keyfiyyətlərinə mailk futbolçuları var, əks-hücumlardan yaxşı istifadə edirlər. İlk dəqiqlərdən oyuna düzgün yanaşsaq, sərfəli nəticə qazanacağıq”.

Həmin kateqoriyadan