Roberto Bordin: Məğlubiyyətdə bəxtsizlik də oldu

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 2-ci turunda “Zirə” ilə oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında bunu deyib:

“Oyunu təhlil etmək lazımdır. Rəqibə cəmi bir hücum şansı verdik ki, o da qolla nəticələndi. Buraxılan qoldan əvvəl Dabonun və Platellasın əla imkanları vardı, amma yararlana bilmədilər. Qoldan sonra oyunda dönüş yaratmağa çalışdıq.

“Sabah”la oyundan fərqli olaraq bu gün komandamız daha istəkli, daha xarakterli idi. Futbolçularım barədə pis heç nə deyə bilmərəm. Çünki ilk dəqiqədən bura qələbə üçün gəldiklərini göstərdilər. Məğlubiyyətdə bəxtsizlik də oldu. Çünki rəqib cəmi bir qol epizodu yaratdı və qalib gəldi.

Hücumları başa vurmaqla bağlı problemlərimiz var. Çünki çoxlu sayda təhlükə yaratsaq da, bunları qola çevirə bilmirik. Bunun üzərində daha çox işləməliyik. Düzdür, çətin vəziyyətə düşmüşük, amma bu vəziyyətdən birlikdə çıxacağıq”.

Həmin kateqoriyadan