Roberto Bordin: Rəqibin risk edəcəyi gözlənilirdi

Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının 2-ci ələməsində “Arsenal” klubu ilə cavab oyunu sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qələbə sevincini gizlətməyən italiyalı mütəxəssis, bununla kifayətlənməyəcəyini bildirib:

“Dünənki oyunöncəsi mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu ilk dəqiqələrdən göstərdilər, bizə çətinliklər yaratdılar. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi.

Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün qarşılıq verdilər. Raufun vurduğu qoldan sonra isə oyun bizim xeyrimizə dəyişdi”.

Həmin kateqoriyadan