Roberto Bordin: Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq

Bu gün “Neftçi”nin baş məşqçisi Roberto Bordinin iştirakı ilə brifinq keçirilib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis əsasən hazırlıqdan danışıb:

“Bərpaya başlamışıq. Artıq toplu və fiziki çalışmalara start verəcəyik. Məqsədlərimiz uğrunda mübarizə aparırıq. Kvame Karikari də bu yolda çalışan futbolçulardandır, amma indi onun və Slavko Braliçin təklifləri var.

Hər ikisinin qərarını gözləyirik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. “Neftçi”yə gələn futbolçu komandamızın hansı məqsədlər uğrunda mübarizə apardığını anlamalıdır. Çalışacağıq ki, lazım olan transferləri edək.

Daha irəli getmək üçün komandaya fərq yarada biləcək futbolçular gətirmək istəyirik. Əvəzedici heyətdən bir neçə gənc futbolçunu cəlb etmişik. Düşünürəm ki, üç yoxlama oyunu bizə problem yaratmayacaq”.

Həmin kateqoriyadan