Roderik Miller Molina “Turan Tovuz”da!

Allsport.az xəbər verir ki, panamalı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Ölkəsinin “San Fransisko” klubunun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı futbolçu Panamanın əsas millisində 30 matç keçirib və 1 qol vurub.

Həmin kateqoriyadan