Ronaldu “Əl Nəsr”in baş məşqçisinin istefaya göndərilməsinə münasibət bildirib

Ronaldu “Əl Nəsr”in baş məşqçisinin istefaya göndərilməsinə münasibət bildirib

Allsport.az xəbər verir ki, “Əl Nəsr” Rudi Qarsiyanın komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərildiyini rəsmi şəkildə açıqlayıb . Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldu klubun bu qərarına reaksiya verib. 38 yaşlı hücumçu Qarsiya ilə fotosunu paylaşıb və yazıb:

“Sizinlə işləmək çox xoş idi. Sizə gələcək üçün ən yaxşısını arzulayıram”.

Rudi 29 iyun 2022-ci ildə “Əl Nəsr”ə baş məşqçi təyin olunmuşdu. Qarsiyanın rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı liqasında 23 oyunda 53 xal toplayıb və və lider “Əl İttihad”dan 3 xal geri qalır.

Həmin kateqoriyadan