Ronaldu: “Biz sona qədər mübarizə apardıq”

Allsport.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Avro-2024-ün seçmə mərhələsində İslandiyanı məğlub etdikdən (1:0) sonra komandasının mübariz ruhunu şərh edib:

“Bu qələbənin xüsusi ləzzəti var. Meydana çıxdığım 200-cü matçdır. Qələbə qolu vurmaq sevindiricidir. Matçın baş verən hər şeyi nəzərə alsaq, əla və unudulmaz oldu.

Çox yaxşı oynamadıq. Amma həmişə istədiyin futbolu oynaya bilmirsən. Çətin idi, amma məşqçi dedi ki, belə oyunlarda turnirə vəsiqə qazanılır. Mübarizə aparmalı, əziyyət çəkməli idik. Vurğulamaq istəyirəm ki, biz sona qədər mübarizə apardıq”.

Həmin kateqoriyadan