Ronaldu: “Hər şey həmişə istədiyimiz kimi getmir”

Kriştianu Ronaldu “Əl Nəsr”də mükafatsız keçən mövsüm haqda danışıb.

Allsport.az xəbər verir ki, klub Səudiyyə Ərəbistanı çempionatında 2-ci yeri tutub.

“Hər şey həmişə istədiyimiz kimi getmir. Bəzən məqsədlərimizə çatmaq üçün səbirli olmalı, sabitliyi və əzmkarlığı qorumalıyıq.

Düşünürəm ki, son beş ayda komanda, eləcə də liqanın özü və digər komandalar daha da güclənib. Bəzən məqsədlərə nail olmaq üçün vaxt tələb olunur, amma inansaq, hər şey mümkündür.

Bu mövsüm nəsə qazanacağıma ümid edirdim, amma alınmadı” – portuqaliyalı bildirib.

Həmin kateqoriyadan