Ronaldu: “Mən xoşbəxtəm və ümid edirəm ki, daha çox qol vuracağam” 

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanındakı çıxışının milli komandaya təsir etmədiyini bildirib.

Allsport.az xəbər verir ki, Portuqaliyalı hücumçu ötən mövsümün ikinci hissəsini “Əl-Nəsr”in heyətində keçirib.

“Mən Səudiyyə Ərəbistanında da, milli komandada da oynayıram və artıq üç oyun keçirmişəm. Buna görə də bu, mənim millidəki mövqeyimə təsir etmir. Məşqçiyə sual verə bilərsiniz.

Amma mən çox xoşbəxtəm. İndi isə transferlər öz sözünü deyir. Mən xoşbəxtəm və ümid edirəm ki, daha çox qol vuracağam” – Ronaldu bildirib.

Həmin kateqoriyadan