- Baxış sayı: 146
- 08 May 2026 23:17
- Baxış sayı: 213
- May 08, 2026
- 0

“Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını “Əl-Nəsr”də davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçunun keçidini Səudiyyə təmsilçisinin kapitanı Kriştianu Ronaldu istəyir.
Qrinvudla Ronaldu daha əvvəl “Mançester Yunayted”də birgə çıxış ediblər.
Qrinvud ötən mövsüm 21 qolla PSJ-nin üzvü Osman Dembele ilə birlikdə Fransa çempionatın bombardiri olub.