- Baxış sayı: 136
- 08 May 2026 23:17
- Baxış sayı: 184
- May 08, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni oyunçuların qeydiyyatına qoyulan qadağa problemini qısa müddətdə həll edib.
Allsport.az xəbər verir ki, dekabrın 20-də FİFA-nın müdafiəçi Emerik Laportun 2023-cü ildəki transferinə görə “Mançester Siti”yə olan təxminən 9 milyon avroluq borca görə kluba sanksiya tətbiq etdiyi məlum olmuşdu.
Tanınmış insayder Fabrisio Romanonun verdiyi məlumata görə, “Əl-Nəsr” artıq borc məsələsini yekunlaşdırıb. Qeydiyyat qadağası tezliklə ləğv olunacaq və klub qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirə biləcək.