“Rossonerlilər”də ciddi itki

“Milan”ın müdafiəçisi Teo Hernandes zədə səbəbindən “A” seriyasının 27-ci turunda “Latsio” ilə oyunu buraxa bilər.

Allsport.az xəbər verir ki, fransalı futbolçu məşq zamanı ayağından ağrılı zərbə alıb. Məşqçilər korpusunda oyunçunun qarşıdakı matçda iştirakına şübhə var.

Qeyd olunur ki, yekun qərarı baş məşqçi Stefano Pioli matçdan dərhal əvvəl klubun tibbi heyəti ilə məsləhətləşdikdən sonra verəcək.

Həmin kateqoriyadan