“Rotasiyaya çox ehtiyac duymadım”

Bu gün “Qarabağ” premyer liqanın 13-cü turunda Tofiq Bəhramov adına respublika stadionunda “Səbail”i 3:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahibinin baş məşqçisi Qurban Qurbanov qələbə barədə danışıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Əks-hücumları çox sürətli olan bir komandaya qarşı oynayırdıq. Bir az yorğunluq olmasına baxmayaraq, komanda oyun nizam-intizamını sonadək qoruya bildi.

Qalib gəlmək üçün çox zəhmət çəkdilər. Bir neçə gün istirahət etdikdən sonra yenidən futbolçularla bir yerdə olacağıq. Rəqibə və Şahin Diniyevə uğurlar arzulayıram. Oyunçuların durumunu hər məşqdən sonra yoxlayırıq.

Bütün futbolçular oynamaq istəyirdi. Bu, çox vacibdir. Yorğun olsalar da, oynamağa hazır idilər. Ona görə rotasiyaya çox ehtiyac duymadım”.

Həmin kateqoriyadan