Rud van Nistelroy PSV-dən ayrılıb

Allsport.az xəbər verir ki, Rud van Nistelroy PSV-nin baş məşqçisi vəzifəsini tərk edib.

Bu gün səhər van Nistelroy rəhbərliyə komandadan ayrıldığını bildirib.

Son həftələrdə məşqçi və klub rəhbərliyi bir neçə görüş keçirib. Ötən gecə van Nistelroy idarə heyətinin üzvləri ilə görüşüb. Nistelroy bu səhər deyib ki, o, məşqçi olaraq qalmaq üçün klub daxilində kifayət qədər dəstək almır. Mütəxəssis dərhal futbolçulara və məşqçi heyətinə gedəcəyini açıqlayıb.

PSV-yə müvəqqəti olaraq Fred Rutten rəhbərlik edəcək.

Həmin kateqoriyadan