Rüfət 6-cı qolunu vurdu

ABŞ-ın 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” səfərdə “Las Veqas Layts”la qarşılaşıb.

Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Rüfət Dadaşov meydana start heyətdə daxil olub və sonadək oynayıb. O, 5-ci dəqiqədə hesabı açıb, 68-ci dəqiqədə isə məhsuldar ötürmə verib. Bu, Rüfətin bu mövsüm 6-cı qolu olub.

“Finiks Rayzinq” 9 oyundan sonra 20 xalla B qrupunda liderdir.

Həmin kateqoriyadan