Rüfət Dadaşov 90 dəqiqə oynadı, 4 qola üzüldü

Almaniyanın Şimal-Şərq Regional Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Babelsberq”lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan