Rüfət Dadaşov: “Bu, dəlilikdir”

ABŞ-ın “Feniks Rizinq” klubunun futbolçusu Rüfət Dadaşov koronavirusla bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, millimizin üzvü evdə məşq etdiyini deyib:

“Hazırda hansısa məşqdən söhbət belə gedə bilməz. Futbolçular evdə məşq etməklə formada qalmağa çalışır. Supermarketlərdə demək olar ki, hər şey satılıb, sadəcə boş rəflərdir.

Komanda ilə yalnız telefon vasitəsilə əlaqə saxlayırıq, evdən çıxmamağa çalışırıq. Bu, dəlilikdir. Ümid edirəm ki, hər kəs sağlam qalmağı bacaracaq. Harada yaşamağımızdan asılı olmayaraq, bu xəstəliyə qalib gəlmək üçün əlimizdən gələni etməliyik”.

Həmin kateqoriyadan