Rüfət Dadaşov: Rəqibin heyətində yer alan ucaboylu futbolçular bizi qorxutmamalıdır

Sabah “ay-ulduzlular”ımız millətlər liqasının qrupunda Farer adalarını qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, görüşlə bağlı Bakı olimpiya stadionunda təşkil olunan mətbuat konfransında hücumçumuz Rüfət Dadaşov bunu açıqladı:

“Komandamız üçün vacib oyun olduğunu bilirik. Əlbəttə, çalışmalıyıq ki, yekunda sevinən tərəf biz olaq. Öz oyunumuzu oynamalıyıq. Rəqibin heyətində ucaboylu futbolçular yer alıb, amma bizim də bu cür oyunçularımız var.

Hücumçuyam, qol vurmalıyam. Ancaq Farer adaları və Kosovo ilə oyunlarda kimin fərqlənməsi yox, Azərbaycan milli komandasının qələbə qazanmağı vacibdir”.

Həmin kateqoriyadan