Rüfətdən məhsuldar ötürmə

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” Amerika 1-ci liqasında 3-cü turun oyununa çıxıb. Allsport.az xəbər verir ki, komanda səfərdə “Oreync Kounti” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. İlk turda het-trik edən Dadaşov bu oyunda qol ötürməsi ilə yadda qalıb.

Həmin kateqoriyadan