Rüfətdan növbəti qol

Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın 1-ci liqasında növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Las Veqas Layt”a 2:0 hesabı ilə qalib gəlib.

Rüfət start heyətdə meydana çıxıb və 90+5-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Bu, onun çempionatda 8-ci qolu olub. 23 xal toplayan “Finiks Rayzinq” “B”  qrupunun birincisidir.

Həmin kateqoriyadan