Rüfətin komandası yarımfinalda

ABŞ-ın USL çempionatında pley-offunda 1/4  final keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxı şetdiyi “Feniks Rayzinq” səfərdə “Reno” ilə əsas vaxtda 2:2 edib.

Qalib penaltilərdə müəyyənləşib. Bu seriyada futbolçumuzun komandası yarımfinala yüksəlib – 5:4.

Rüfət start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci zərbəni dəqiq yerinə yetirib.

“Feniks Rayzinq” finala gedən tolda “El Paso” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan