Rumıniyalılarla 8-ci duel

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” bu gün Rumıniyanın “Sepsi” klubu ilə yoxlama görüşü keçirəcək.

Allsport.az xəbər verir ki, “qartallar” bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib. Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub.

5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. “Zirə” Avropa qiqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniyanın “Astra” klubu ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzub, evdə qolsuz heç-heçə etmişdi.

Həmin kateqoriyadan