- Baxış sayı: 7
- 08 Oktyabr 2026 23:05
- Baxış sayı: 91
- Oktyabr 08, 2026
- 0

Lionel Messi İspaniyanın “Eldense” klubunun sahibi olub.
Allsport.az xəbər verir ki, layihənin idman, institusional və sosial inkişafına yönələcəyi qeyd olunub.
1921-ci ildə yaradılan klub yeni mərhələdə peşəkar futbolda mövqeyini möhkəmləndirməyi və inkişaf etməyi hədəfləyir.
Sövdələşmənin rəsmiləşməsi üçün İspaniyanın ali idman şurasının (CSD) məcburi razılığı tələb olunur.
“Eldense” 7 turdan sonra Sequndanın turnir cədvəlində 5 xalla 19-cu pillədə qərarlaşıb. Komanda tarixində heç vaxt İspaniyanın yüksək liqasında çıxış etməyib.