- Baxış sayı: 34
- 29 Sentyabr 2026 23:54
- Baxış sayı: 89
- Sentyabr 29, 2026
- 0

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisində növbəti oyuna çıxıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi Millətlər Liqasında İrəvanda Ermənistanla səfər matçında şans qazanıb.
Yankoviç oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Görüş Monteneqronun qələbəsiylə başa çatıb – 3:2.
Monteneqro “C” liqasının 2-ci qrupunda 6 xalla liderdir.