- Baxış sayı: 35
- 28 Sentyabr 2026 23:57
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

”Barselona” əsas heyətdəki yerini itirən Frenki de Yonqla bağlı qərar qəbul edib.
Allsport.az xəbər verir ki, La liqa nəhəngi niderlandlı yarımmüdafiəçi ilə yollarını ayırmağı planlaşdırır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Klub de Yonqu qarşıdakı qış transfer pəncərəsində – yanvar ayında satışa çıxarmağa hazırdır. “Barselona” rəhbərliyi 29 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir.
Komandanın baş məşqçisi Hans-Diter Flik də yarımmüdafiəçi ilə yolların ayrılmasına müsbət yanaşır.
“Barselona” Frenki de Yonqu 2019-cu ilin yayında “Ayaks”dan 86 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə zədə səbəbindən Kataloniya təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.