Klublara 31,5 milyon avro ödəyəcək

Klublara 31,5 milyon avro ödəyəcək

UEFA, millətlər liqasında iştirak edən futbolçularına görə klublara 31,5 milyon avro ödəyəcək.

Allsport.az xəbər verir ki, qurum 2024/25 mövsümündə turnirdə çıxış etmiş futbolçuları olan 611 kluba vəsait ayıracaq.

Bu, yeni maliyyələşdirmə proqramı çərçivəsində ilk ödənişdir.

Maliyyələşdirmə xüsusi şəkildə həyata keçiriləcək. Millətlər liqası və ya seçmə mərhələ oyununda futbolçunun meydana çıxdığı hər qarşılaşmaya görə kluba 3845 avro ödəniləcək. Hesablama sistemi əvvəlki millətlər liqası dövründəki ilə eyni olaraq qalır.

Ümumilikdə millətlər liqasının hər iki dövrü və AVRO-2028-in seçmə mərhələsi üçün klublara 104 milyon avro ayrılıb.

Bu ödənişlər milli komandaların oyunları zamanı futbolçularını yığmalara göndərən klubların itkilərinin kompensasiya edilməsi məqsədi daşıyır.

Həmin kateqoriyadan