- Baxış sayı: 195
- 09 Oktyabr 2026 19:38
- Baxış sayı: 261
- Oktyabr 08, 2026
- 0

İordaniyanın paytaxtı Əmmanda veteran güləşçilərin dünya çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, ayın 6-sından başlayan və 11 oktyabradək davam edəcək yarışda ölkəmizi 4 hakim təmsil edir.
Milli dərəcəli ədalət qoruyucularından Çinarə Cəfərova, Rəşad Abdulov və Əfqan Həbibov beynəlxalq məqama yüksəlmək üçün imtahan verirlər. Hər 3 həmyerlimizin imkanları yaxşı qiymətləndirilir.
1-ci dərəcəli təcrübəli referi Elman İsmayılovun cari mövsümdə ilk yurd dışı səfəridir. O, müəyyən səbəblərdən yarışlarda iştirak etmirdi. Belə olan halda, 58 yaşlı hakimin dərəcəsi gələn il düşə bilərdi.
Azərbaycan güləş federasiyasının baş katibi Pərvin Piriyev bu məsələdə də həssas olduğu üçün, öz növbəsində, ədalət təmsilçiliyində inkişafa xüsusi önəm verir.