“Rusiyada çempionluq uğrunda mübarizə apara bilərik”

“Qarabağ”ın kapitanı Maksim Medvedev komandasının Rusiya premyer liqasında çempionluq uğrunda mübarizə apara biləcəyini deyib.

Allsport.az xəbər verir ki, bu barədə o, “metaratings.ru”ya açıqlama verib:

Deyərdim ki, Rusiyada çempionluq uğrunda mübarizə apara bilərik. Çünki bu gün Rusiyada ancaq öz aralarında oynayırlar. Nəticələrimizə nəzər salsanız, düşünürəm ki, çoxları “Qarabağ”ın çempionluq uğrunda mübarizə apara biləcəyi ilə razılaşar”.

“Qarabağ” çempionluq titullarının sayına görə rekorda sahibdir. Son 11 ildə ağdamlılar 10 dəfə Azərbaycan çempionu olub.

Həmin kateqoriyadan