- Baxış sayı: 22
- 06 Avqust 2026 17:08
- Baxış sayı: 180
- Avqust 05, 2026
- 0

Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Abışov təltif edilib. Allsport.az xəbər verir ki, bu, veteran oyunçunun AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşündə reallaşıb.
Abışov Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməyib. Hacıyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Abışov 2009-2018-ci illərdə yığmamızın heyətində 56 oyun keçirib, 4 qol vurub.