Ruslan Qurbanovun “Sumqayıt”da 35-ci qolu

Topaz premyer liqasının 7-ci turunun “Səbail” – “Sumqayıt” matçında (2:0) vurulan 2-ci qol 2-qat yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.

Hücumçu bunu özünün 170-ci oyununda gerçəkləşdirib. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.

Bu top “Sumqayıt”ın premyer liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.

Həmin kateqoriyadan