“Səbail” ilə oyuna hazırlığı davam etdirir

“Neftçi” Topaz premyer liqasının 6-cı turuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda bu gün “İsmət Qayıbov”da növbəti məşqə çıxıb.

Çalışmada zədəli Ruslan Abışov iştirak etməyib. Qoran Paratski və Kirilo Petrov fərdi məşğul olub. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Sentyabrın 29-da “8-ci km” stadionunda “Neftçi” – “Səbail” oyunu saat 18:55-də başlayacaq.

Həmin kateqoriyadan