- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Səbail” premyer liqada 50-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, bu, 2-ci turun “Sumqayıt”la səfər matçına təsadüf edib. Bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində 2-ci topu keçirən Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub.
Belə ki, bu görüşədək ölkə çempionatında 57 oyun keçirən “Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017/18 mövsümündə yüksək dəstədə debüt edən komanda, ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib. Cari mövsümün ilk turunda 1 qola sevinən “Səbail” bu rəqəmi 48-ə çatdırıb.
58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-dir. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib.
Paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdur. O, 2017-ci il avqustun 13-də “Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.