“Səbail”in uğur zolağı qırılıb

Azərbaycan premyer liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən Şahin Diniyevin komandası “Kəpəz”in qapısına yol tapmayıb.

Allsport.az xəbər verir ki, XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb.

Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıb. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.

“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.

Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub.

“Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyun qol sevinci yaşayıb.

Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail” bu rekordun bir addımlığında dayanıb.

Həmin kateqoriyadan