“Səbail”in yeni futbolçusu: Mənim üçün bu yeni çağırışdır

“Səbail” yarımmüdafiəçi Bəxtiyar Rəhmani gələn mövsümün sonuna kimi müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, yeni trasnfer ölkəmizə gəlişi barədə bunu deyib:

“Hər şeydən çox məmnunam. İnanıram ki, bu komanda ilə bizi möhtəşəm oyunlar gözləyir. Klub rəsmiləri və futbolçular məni çox yaxşı qarşıladılar, bunun üçün hərkəsə öz minnətdarlığımı bildirmək istəyirəm.

Burada uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, birlikdə yüksək nəaliyyətlərə yetişə bilərik. Mənim üçün bu yeni çağırışdır və mən inanıram ki, hər şey yaxşı olacaq!”

Həmin kateqoriyadan